456 komanda arasında...
Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahlısını açıqlayıb.
Sportal.az xəbər verir ki, 456 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunur. Ən yaxşı göstəriciyə malik klubumuz "Qarabağ"dır. Ağdam klubu qrup mərhələsinə adlayaraq 6 pillə irəliləyib. Bu isə o deməkdir ki, Ağdam klubu 127-ci pillədə qərarlaşıb.
Avropa Liqasında tarix yazaraq qrup mərhələsində çıxış edəcək "Qəbələ" isə, 22 pillə irəliləyərək 257-ci pillədə yer alıb.
Digər klublarımızdan "Neftçi" addım geriləyərək, 160-cı, "İnter" 249-cu, “Xəzər Lənkəran” 288-cı pillədə qərarlaşıb. “Bakı” və AZAL isə 341-ci yerə şərikdi.
saytlarin hazirlanmasi