"Qarabağ"ın futbolçusu millidən kənarlaşdırıldı

16:59 - 28 Avqust 2015

Atasının vəfatı ilə əlaqədar...

 

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Qarabağ” klubunun üzvü Elvin Məmmədovu milli komandanın təlim-məşq toplanışından azad edib.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


Mənbədə bildirilir ki, xorvatiyalı mütəxəssis bu addımı Məmmədovun atasının vəfatı ilə əlaqədar atıb.


Qeyd edək ki, yarımmüdafiəçinin atası avqustun 25-də dünyasını dəyişib. Bu səbəbdən Elvin dünən Ağdam klubunun "Yanq Boyz"a (İsveçrə) qarşı keçirdiyi Avropa Liqası matçını da buraxmalı olub.

Xəbər xətti