"Neftçi" transferini rəsmiləşdirdi FOTO

12:06 - 29 Avqust 2015

Mövsümün sonunadək...

 

“Neftçi” hücumçu Antonio Quinta (Anyete) ilə müqavilə imzalayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu 2015/2016 mövsümünün sonunadək komandanın formasını geyinəcək.

 

Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Anyete İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klubunda çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.

 

Anyete keçidi ilə bağlı açıqlama verib: “Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin mənim komandada olmağımdan özlərini xoşbəxt hiss etmələri üçün əlimdən gələni edəcəyəm”.

 

Xəbər xətti