"Xəzər Lənkəran"da fasilə bitdi

14:57 - 29 Avqust 2015

Millinin üzvlərindən başqa...

 

Premyer Liqada yaranan fasilədə sərbəst buraxılan “Xəzər Lənkəran” bir araya gəlib.

 

Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” 5-günlük istirahətini yekunlaşdıraraq, öncədən planlaşdırıldığı kimi avqustun 28-də Lənkərandakı bazasında toplanaraq hazırlıqlara start verib. 


Stadionun ehtiyat meydançasında günün ikinci yarısında keçirilən məşq fiziki hərəkətlərin yerinə yetirilməsi ilə başlayaraq ardıyca toplu çalışmalarla ümumliikdə bir saatdan çox davam edib. Milli futbolçulardan başqa bütün heyət üzvləri məşdə iştirak ediblər. 


Qeyd edək ki, baxışdan keçmək üçün Lənkərana dəvət olunan Serb və Xorvat futbolçular artıq geri qaytarılıb. (12cioyuncu.info)

Xəbər xətti