3 illik müqavilə imzalanıb
"Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" Dortmund heyətini gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Maynz"ın futbolçusu Jo Ho Parkı transfer edib.Cənubi Koreyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2013-cü ildən "Maynz"ın şərəfini qoruyan 28 yaşlı futbolçu bu komandanın heyətində 43 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi