"Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var"
"Krasnodar"ın kapitanı Andreas Qrankvist Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına danışıb:
"Əlbəttə, “Borussiya”ya qarşı oynamaq bizim üçün yaxşı olacaq. Onlar Almaniyanın ən böyük klublarından biridir. "Borussiya"nın azarkeşləri stadionu tam doldururlar. PAOK da güclü klubudur. Yunanlar da öz komandalarına möhtəşəm dəstək verirlər. O ki qaldı “Qəbələ”yə, düzünü deyəcəyəm, Azərbaycan klubu haqda demək olar ki, məlumatım yoxdur. İstənilən halda qrupda maraqlı mübarizə gedəcək. Hesab edirəm ki, növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var”.
saytlarin hazirlanmasi