"Liverpul"un ulduz futbolçusu "Fənərbaxça" üçün tibbi yoxlanışdan keçdi FOTO

16:39 - 30 Avqust 2015

Yaxın günlərdə müqavilə imzalanacaq

 

Yay  transfer dönəmində Luis Nani, Robin Van Persi kimi ulduz futbolçuları heyətinə qatan "Fənərbaxça” daha bir transfer gerçəkləşdirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, İsnatbul nəhəngi "Liverpul”un serbiyalı futbolçusu Lazar Markoviçin keçidini həll edib. Ulduz futbolçu artıq Türkiyə klubu üçün tibbi müayinədən keçib.

 

Qeyd edək ki, Markoviç ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

 

Xəbər xətti