"Qarabağ"ın rəqibi aparıcı üzvünü satdı

01:02 - 31 Avqust 2015

Futbolçu "Valensiya"ya transfer olunub
 
Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la eyni qrupda yer alan "Monako” əsas müdafiəçilərindən birini itirib.
 
Sportal.az xəbər verir ki, Fransa təmsilçisiAymen Abdennuru "Valensiya”ya satıb.26 yaşlı müdafiəçi "yarasalar”la 5 illik müqavilə bağlayıb. 
 
Qeyd edək ki, daha öncə keçidin "Valensiya”ya 30 milyon avroya başa gəldiyi məlum olmuşdu.

Xəbər xətti