"Volfsburq"un futbolçusu rəsmən "Mançester Siti"də FOTO

14:13 - 31 Avqust 2015

Yenidən Premyer Liqada

 

"Mançester Siti" daha bir transfer gerçəkləşdirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Volfsburq"un belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne "şəhərlilər"lə rəsmi müqaviləyə imza atıb. 

 

Qeyd edək ki, ötən mövsüm alman klubunun heyətində 51 oyuna çıхan 24 yaşlı futbolçu 16 qol vurub və 28 məhsuldar ötürmə edib.

 

Xəbər xətti