"Rəvan" rəqibini öyrənmək üçün İsveçrəyə gedir

14:28 - 31 Avqust 2015

UEFA Gənclər Liqası

 

Sabah UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16.45-də başlayacaq.

 

Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından öz ölkəsinin ən yaxşısı olan 32 komandanın da rəqibləri müəyyənləşəcək. AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/15 mövsümünün qalibi olmaqla turnirə vəsiqə qazanan "Rəvan" püşkatmada klubun vitse-prezidenti İlqar Axundov təmsil edəcək.

 

İlk iki mərhələnin püşkü zamanı komandalar əvvəl 16 cütlük təşkil edəcək. Ardınca isə bu 16 cütlük ikinci mərhələdə potensial rəqibini tanıyacaq.

 

UEFA bu turnirdə kor püşkə üstünlük verəcək ki, komandalar səbətlərə bölünməyəcək. Lakin püşk günü veriləcək yekun qərara əsasən, iştirakçılar coğrafi bölgüyə əsasən qruplaşdırıla bilər.

 

 

Qeyd edək ki, I mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də baş tutacaq. II mərhələnin qarşılaşmaları 3-4 və 24-25 noyabrda keçiriləcək. Bu raundun qalibləri Çempionlar yolunun 8 qalibi Çempionlar Liqası yolunun qrup mərhələsində 2-ci yeri tutanlarla pley-offda üz-üzə gələcək. Bu mərhələnin 8 qalibi isə qrup birinciləri ilə 1/8 finalda görüşəcək.

 

Artıq yarışın Çempionlar yoluna qatılacaq 32 komandanın tam siyahısı da dəqiqləşib: 

 

Vilyareal (İspaniya), Midlsbro (İngiltərə), Şalke 04 (Almaniya), Torino (İtaliya), Reyms (Fransa), Spartak (Moskva, Rusiya), Ayaks (Hollandiya), Anderlext (Belçika), Beşiktaş (Türkiyə), Servett (İsveçrə), Zalsburq (Avstriya), Pribram (Çexiya), Vitorul (Rumıniya), APOEL (Cənubi Kipr), Midilyand (Danimarka), Legiya (Varşava, Polşa), Minsk (Belarus), Seltik (Şotlandiya), Elfsborq (İsveç), Liteks (Bolqarıstan), Brann (Norveç), Rad (Serbiya), Felksut (Macarıstan), Domjale (Sloveniya), Senitsa (Slovakiya), Zimbru (Moldova), RƏVAN (AZƏRBAYCAN), Saburtalo (Gürcüstan), Aktobe (Qazaxıstan), Jelezniçar (Bosniya və Herseqovina), HİK (Finlandiya), Styarnan (İslandiya).

Xəbər xətti