Fransalı hakimlər idarə edəcək
AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 3-də keçiriləcək Azərbaycan - Xorvatiya matçının hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Ruddi Buket matçın baş hakimi olacaq. Ona həmyerliləri Qiyom Debart və Kiril Qrinqor köməklik edəcək. Filip Janna isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi