Almaniya millimiz üçün 24 futbolçuya dəvət göndərdi

00:07 - 1 Sentyabr 2015

Rəqibin heyəti məlumdur
 
"Avro-2017"nin seçmə mərhələsində sentyabrın 8-də Bakıda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının qonağı olacaq Almaniyanın U-21 millisinin heyəti açıqlanıb.
 
Sportal.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Horst Hrubeş yığmamızla oyun üçün 24 futbolçuya dəvət göndərib.
 
Qeyd edək ki, sentyabrın 3-də Danimarka ilə qarşılaşacaq Almaniya 5 gün sonra Bakıda millimizlə üz-üzə gələcək.
 
 
Qapıçılar: 1. Marvin Şabe ("Osnabrük"), 23. Odisseas Vlahodimos ("Ştuttqart"), 12. Timon Vellenreyter ("Malyorka")
 
Müdafiəçilər: 16. Kevin Akpoquma ("Fortuna Düsseldorf"), 13. Timo Baumqartl ("Ştutqart"), 14. Lukas Klosterman ("Leipziq"), 2. Niklas Süle ("Hoffenhaym"), 3. Conatan Tah ("Bayer", Leverkuzen), 5. Jeremi Tolyan ("Hoffenhaym")
 
Yarımmüdafiəçilər: 21. Maksimilian Arnold ("Volfsburq") 11. Julian Brandt ("Bayer", Leverkuzen), 20. Yannik Qerhard ("Köln"), 22. Serje Qnabri ("Vest Bromviç"), 10. Leon Qoretzka ("Şalke"), 17. Qideon Junq ("Hamburq"), 15. Josua Kimmiç ("Bavariya"), 8. Maks Meyer ("Şalke"), 7. Levin Öztunali ("Verder", Bremen), 4. Niklas Stark ("Herta"), 6. Julian Veiql ("Borussiya", Dortmund), 18. Marius Volf ("Münhen 1860")
 
Hücumçular: 24. Leroy Sane ("Şalke"), 19. Davie Selke ("Leipziq"), 9. Timo Verner ("Ştutqart")

Xəbər xətti