Salvador millisinin hücumçusu rəsmən "Zirə"də

00:38 - 1 Sentyabr 2015

Futbolçu ilə iki illik müqavilə
 
"Zirə" transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. 
 
Sportal.az xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb. 
 
24 yaşlı Bonilla karyerasına ölkəsində “Alianza” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb.  Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.

Xəbər xətti