1 illik icarəyə götürüb
"Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" Dortmund heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Mançester Yunayted"in belçikalı yarımmüdafiəçisi Adnan Yanuzayı icarə əsasında heyətinə qatıb. 20 yaşlı futbolçu 1 il ərzində Almaniya nəhənginin şərəfini qoruyacaq.