"İstintaqın gedişini gözləyirik"
AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasibət bildirib.
Sportal.az Report-a istinadən xəbər verir ki,E.Məmmədov deyib ki, bu hadisə təəssüfedicidir: "Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, azadlıqdan çıxdıqdan sonra karyerasını davam etdirəcək".
E.Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara müraciət etməyib: "İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra uyğun şəkildə addım atacağıq".
saytlarin hazirlanmasi