Bir gün tez baş tutacaq
Təlim-məşq toplanışı üçün Yevlaxda olan “Kəpəz”in hazırlıq planına uyğun olaraq yoxlama oyunu keçirəcəyini xəbər vermişdik.
Sportal.az xəbər verir ki, “Sarı-göylər” sentyabrın 4-ü “Şəmkir”lə qarşılaşmalı olsa da, oyunun vaxtında dəyişiklik edilib. Birinci divizion təmsilçisinin xahişinə əsasən, matç bir gün tez baş tutacaq.
Beləliklə, “Kəpəz” -“Şəmkir” görüşü sentyabrın 3-də saat 16:00-da Yevlax şəhər stadionunda reallaşacaq.
saytlarin hazirlanmasi