5 illik müqavilə imzalanıb
İngiltərənin "Everton" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın "River Pleyt" klubunun müdafiəçisi Ramiro Funes Morini transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferə görə “Everton” Argentina təmsilçisinə 9.5 milyon avro təzminat ödəyəcək. Mori yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.
saytlarin hazirlanmasi