Azərbaycan - Avstriya matçının hakimləri bəlli oldu

18:16 - 1 Sentyabr 2015

Belaruslulara tapşırıldı

 

Avro 2017-nin seçmə mərhələsində, 21 yaşadək futbolçulardan ibarət millimiz  Avstriya millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu oyun üçün hakim təyinatları açıqlanıb. Oyunu belarusiyalı hakimlər briqadası idarə edəcək.  Qarşılaşmanı Denis Şerbakov idarə edəcək. Ona bu işdə köməkçiləri Andrey Getikov VƏ Yevgeni Romanov köməklik edəcəklər. Qarşılaşmanın 4-cü hakimi Vadim Pançanka olacaq.

Xəbər xətti