Tounkara da "Xəzər Lənkəran"a qoşuldu

20:37 - 1 Sentyabr 2015

"Ağ-yaşıllar"ın növbəti məşqi

 

Doğma şəhərdə hazırlıqlarını davam edən “Xəzər Lənkəran” növbəti məşqini keçirib.

 

Sportal.az xəbər verir ki,  komanda sentyabrın 1-də günün ikinci yarısında stadionun ehtiyat meydançada axşam məşqinə çıxıb. Milli komandaların düşərgələrində olan futbolçulardan savayı bütün heyətin qatıldığı hazırlıq prossesində zədəsini sağaltmaq üzrə olan Sadio Tounkara da iştirak edib. Qaradərili futbolçu artıq toplu çalışmalara başlayıb.  

 

Onu da əlavə edək ki, sentyabrın 2-də “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyunu keçiriləcək. Qarşılaşma saat saat 11:00-da başlayacaq.

 

12cioyuncu.info

Xəbər xətti