"Kəpəz"in futbolçusu: "Yorulmamısansa, deməli, yaxşı məşq etməmisən"

11:27 - 2 Sentyabr 2015

"Əvvəllər “Kəpəz”də bu ab-havada oynamışam"

 

“Gündə iki dəfə məşq edirik, hər şey yaxşıdı. Qarşıda yoxlama oyunumuz da var”.

 

Sportal.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Məhərrəm Hüseynovdur. Klubun mətbuat xidmətinə açıqlama verən müdafiəçi Yevlaxdakı təlim-məşq toplanışından danışıb: “Məşq edirsənsə, yoğrunluq olmalıdı. Yorulmamısansa, deməli, yaxşı məşq etməmisən. Mən belə başa düşürəm. Hazırlıqda yükləmə bir az çoxdu deyə yorğunluq qaçılmazdı”.

 

Məhərəm Hüseynov iki il öncə “Kəpəz” elitada çıxış edəndə komandanın sıralarında olub. Cari mövsümün əvvəlində futbolçu yenidən doğma klubuna qayıdıb: “Vaxtımı gözləyirəm, vaxt gələndə mən də oynayacağam. Özümü yalnız məşqdə yox, oyunlarda da göstərmək istəyirəm. Bir gəncəli olaraq tezliklə yerli publikanın önündə meydana çıxmaq arzumdu. Həmişə demişəm ki, buna həvəsliyəm. Gəncədə dolu tribunalar önündə oynamaq ayrı şeydi. Əvvəllər “Kəpəz”də bu ab-havada oynamışam. Yenə bu istəkdəyəm.”

Xəbər xətti