Yığmalarımız fərqli mövqelərdə
Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın və kişi milli komandalarının yeni reytinq cədvəlini еtərtib edib.
Sportal.az xəbər verir ki, siyahıda yığmalarımız fərqli mövqelərdə yer alıblar.
Belə ki, Bakı-2015-də qitə komandalarına öz gücünü göstərən, son anda medal qazana bilməyən Faiq Qarayevin yetirmələri 31-ci pillədə qərarlaşıb. Aktivində 35 xalı olan millimiz 2 pillə geriləyib. Rəqiblərimizdən də irəliləyən olmayıb. Türkiyə 11-ci (104 xal), Belçika 13-cü (88) pilləni qoruduğu halda, Macarıstan geriləyib. Aktivində 16 xalı olan komanda 40-46-cı yerləri bölüşür. Bu siyahıya ABŞ (360) başçılıq edir. Braziliyanın (302) ikinci olduğu cədvəldə Çin (278) ilk "3-lüyü" qapayır. Kişilərdən ibarət Azərbaycan yığması isə mövqeyini qoruyub. Bülənt Karslıoğlunun çalışdırdığı komanda yenə 102-121-ci yerlərdə qərarlaşıb. Reytinq cədvəlinə Braziliya (330 başçılıq edir. Növbəti 2 pillədə isə müvafiq olaraq, Rusiya (324) və Polşa (285) milliləri yer alıb.
saytlarin hazirlanmasi