"Unutmamalıyıq ki, evdə Azərbaycanla vacib görüşümüz var"

00:48 - 3 Sentyabr 2015

"Ümid edirəm ki, hər iki oyundan xalla ayrılacağıq"
 
“Seçmə mərhələdə bizi iki önəmli matç gözləyir”
 
Sportal.az xəbər verir ki,bunu Malta millisinin hücumçusu Andre Şembri deyib. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Azərbaycanla qarşılaşacaq “cırtdanlar”ın 29 yaşlı futbolçusu hər iki oyundan xalla ayrılmaq istədiklərini bildirib:
 
  “Hazırda İtaliya ilə oyuna hazırlaşırıq. Ancaq unutmamalıyıq ki, evdə Azərbaycanla vacib görüşümüz var. Hər zaman deyirəm, ilk 15 dəqiqə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Komandadamız qələbə istəkli futbolçuların olması yaxşı haldı. Ümid edirəm ki, hər iki oyundan xalla ayrılacağıq. Çünki bizim yaxşı oyun sərgiləməyə yox, xala ehtiyacımız var”. 

Xəbər xətti