FİFA Qroskroytsun "Qalatasaray"a keçidini ləğv etdi

01:48 - 3 Sentyabr 2015

İstanbul təmsilçisinin şikayəti qəbul olunmadı
 
“Qalatasaray”ın Dortmund “Borussiya”sından transfer etdiyi Kevin Qroskroytsun keçidində problem yaranıb.
 
Sportal.az xəbər verir ki, FİFA bu trasnferə icazə verməyib. Buna səbəb “Qalatasaray”ın lazım olan sənədləri vaxtından 48 saniyə gec göndərməsi olub.

İstanbul tımsilçisi bununla bağlı  FİFA-ya etiraz etsə də,heç bir nəticə verməyib. 

Bununla da Qroskroyts “Qalatasaray”ın məşqlərinə qatılsa da, rəsmi oyunlarda forma geyə bilməyəcək. O, “sarı-qırmızılılar”heyətində rəsmi oyuna 2016-cı il yanvarın 1-də çıxa bilər. 

Xəbər xətti