Hazırlıq plannı açıqladılar
Belçika və Hollandiyada keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri hazırlıq proqramını açıqlayıblar.
Sportal.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri ilə B qrupunda yer alan Türkiyə və Belçika təlim-məşq toplanışının bir hissəsini bir yerdə keçəcəklər.
Bu gün Leuvenə yollanan “ay-ulduzlular” ev sahibi ilə 3 yoxlama matçı da oynayacaq. İlk qarşılaşması azarkeşsiz baş tutacaq. Görüşlər sentyabrın 4-də, 5-də və 6-da olacaq.
Qeyd edək ki, Azərbaycan millisi də Bakıda “Uraloçka” ilə birgə hazırlıq keçir.