"Amma bu nəticə üçün də şükür edirik"
"Bizim üçün çox ağır oyun oldu. Dünyanın ən güclü komandalarından biri elə Xorvatiyadı. Buna baxmayaraq, onlara qarşı yaxşı oyun nümayiş etdirmək istəyirdik. İstəyirdik ki, qələbə qazanaq. Amma bu nəticə üçün də şükür edirik".
Sportal.az xəbər verir ki, bu sözləri Xorvatiya ilə 0:0 hesablı nəticədən sonra millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev bildirib. O, ikinci hissə millinin daha yaxşı oynadığlnı bildirib:
"Birinci hissə komanda bir az həyəcanlı idi. İkinci hissə baş məşqçinin tapşırıqları öz sözünü dedi. Biz da çalışdıq, bu tapşırıqlara əməl edək. Ona görə, oyunumuz yaxşı alındı".
Əmirquliyev 3 gün sonra qarşılaşacaqları Malta ilə oyun haqda bunları dilə gətirib:
"Hansı nəticə qazanacağımızı indidən heç kəs deyə bilməz. İnşallah, əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, səfərdən qələbə ilə qayıdaq".
saytlarin hazirlanmasi