Millimiz rusları məğlub etdi

10:05 - 4 Sentyabr 2015

Yoxlama matçı

 

Bakıda təlim-məşq toplanışında davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununda gücünü yoxlayıb.

 

Sportal.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Bakıda birgə hazırlıq keçdikləri Rusiyanın “Uraloçka” komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma komandamızın asan qələbəsi ilə yekunlaşıb. Voleybolçularımız rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan millimizin “Uraloçka” ilə daha 2 matçda qarşılaşacağı gözlənilir. 

Xəbər xətti