"Kəpəz"də yeni təyinat

11:57 - 4 Sentyabr 2015

Məmmədov geri döndü

 

“Kəpəz” klubunda daha bir təyinat rəsmiləşib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Məhəmməd Məmmədov uşaq futbolunun rəhbəri təyin olunub. 


30 ildir ki, bu sahədə çalışan Məmmədov həm də klubda 11 yaşlılardan ibarət komandanın baş məşqçisidi. Onun əsas işi Gəncə təmsilçisində 9 yaş qrupu üzrə komandalara nəzarət etmək və ümumilikdə uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.


1980-85-ci illərdə qapıçı kimi Gəncə klubunun şərəfini qorumuş Məmmədov karyerasını bitirdikdən sonra məşqçilik etməklə yanaşı, hakimliyə də başlayıb. O, 2001-ci ildə Azərbaycan kubokunun finalını və milli çempionatda ilk “Qızıl oyun”u idarə edib. 2006-ci ildən isə Məmmədov hakim-inspektor qismində Premyerliqa və kubok oyunlarına təyinat alır.

Xəbər xətti