Millimizin baş məşqçisi: "Rəqibin imkan verdiyi qədər oynaya bildik"

00:02 - 5 Sentyabr 2015

"Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır"
 
21 yaşlılardan ibarət mili komandamız AÇ-2017 seçmə mərhələsində doğma meydanda Avstriya yığmasına 2:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Yaşar Vahabzadə qarşılaşma haqda fikirlərini bildirib:
 
"Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdır. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq".

Xəbər xətti