Messi daha bir ilkə imza atdı

16:12 - 5 Sentyabr 2015

İlk argentinalı oldu
 
Argentina millisinin futbolçusu Lionel Messi daha bir ilkə imza atıb.
 
Sportal.az xəbər verir ki, Boliviya ilə yoldaşlıq görüşündə dubl edən Messi yığmasının tarixinə düşüb. Dünənki matçda fərqlənən 28 yaşlı futbolçu Cənubi Amerika qitəsinin bütün yığmalarına qol vuran ilk argentinalı futbolçu olub. Lakin ondan öncə 3 futbolçu eyni uğura imza atıb. 
 
Messiyə qədər Ziko (Braziliya), Arnoldo İquaran (Kolumbiya) və Aqustin Delqado (Ekvador) Cənubi Amerikanın bütün milli komandalarına qol vurmağı bacarıb. 
 
Qeyd edək ki, Argentina - Boliviya oyunu 7:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər xətti