Millimiz Malta ilə oyunda favoritdir

17:26 - 5 Sentyabr 2015

Dünya kontorları yığmamızı daha şanslı hesab edirlər
 
Dünyanın məşhur bukmeker kontorları "Avro-2016"nın seçmə mərhələsinin VIII turunun oyunları üçün əmsalları açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Xorvatiyaya məğlub olmamaqla sensasiyaya imza atan Prosineçkili millimiz Malta ilə səfər matçının favoritidi. Belə ki, millimizin səfərdə qələbəsinə 2.40 əmsal verilib.  Maltanın qələbəsinə 3.00, oyunun heç-heçə bitəcəyinə isə 3.10 əmsal verilib.
 
Qeyd edək ki, Malta - Azərbaycna oyunu sabah saat 21:00-da baş tutacaq.

Xəbər xətti