"Yanq Boyz"un yeni baş məşqçisi məlum oldu

19:18 - 5 Sentyabr 2015

Komanda Hütterə tapşırıldı
 
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı İsveçrənin "Yanq Boyz" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanı Adi Hütter çalışdıracaq. 45 yaşlı mütəxəssis Bern təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, bu vəzifədə avqustun 5-də istefaya göndərilmiş Uli Forteni əvəzləyib.
 
Xatırladaq ki, Hütterin son komandası Avstriyanın "Zalsburq" klubu olub. Onun rəhbərlik etdiyi "Zalsburq" klubu ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı iki oyunun nəticəsinə görə üstələyərək (1:2, 2:0) "pley-off"a adlamışdı. 

Xəbər xətti