Nəbiyevin qolu komandamıza qələbə qazandırdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun Orşa şəhərində növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, belaruslu həmyaşıdları ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş yoldaşlıq görüşü 0:0 hesabı ilə yekunlaşıb.
saytlarin hazirlanmasi