Rəşad Sadıqov: "Təəssüf ki, belə oyunda xal itirdik"

00:13 - 7 Sentyabr 2015

"90 dəqiqə boyunca oyuna nəzarət etdik"
 
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri Avro-2016-nın seçmə qrup matçı barədə fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi "Report"a açıqlamasında yığmamızın 1:0 hesabı ilə öndə olduğu hissəyədək komandamız üçün hər şeyin yaxşı getdiyini söyləyib.
 
Onun fikrincə, ikinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirib:
 
"90 dəqiqə boyunca oyuna nəzarət etdik. Geridə olduğumuz vaxt hesabı bərabərləşdirdik. Üçüncü qolu vurmaq istədik, amma alınmadı. Təəssüf ki, belə oyunda xal itirdik".

Xəbər xətti