"Xəzər Lənkəran"lılardan milli komandada ilk dubl

11:48 - 7 Sentyabr 2015

23 illik tarixdə 8 dubl

 

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib.
 

AVRO-2016-nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan oyununda (2:2) meydana çıxan R.Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk “Xəzər Lənkəran”lı olub.
 

Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri klubun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında “Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə "DÇ-2014"ün səfərdəki seçmə oyununda vurub.

Xəbər xətti