"Zirə" Nurlan Novruzovla bağlı son durumu açıqladı: 2-3 həftə oynamayacaq

17:32 - 7 Sentyabr 2015

Futbolçu MRT  müayinəsindən keçdi
 
“Zirə”nin “Bakı” ilə yoxlama oyununda (4-0) meydan sahiblərinin hücumçusu Nurlan Novruzov zədələnərək meydanı tərk etmişdi. Son iki gündə bununla bağlı mətbuatda bir çox xəbərlər yer alıb.
 
Sportal.az xəbər verir ki, “Zirə” Peşəkar Futbol Klubu olaraq ictimaiyyətə dəqiq məlumat verib. Ötən gün Nurlanın ayağında şiş çox olduğuna görə həkimlər konkret söz deyə bilməmişdi. Bu gün isə Novruzov MRT müayinəsindən keçib və topuğ bağında yırtıq aşkarlanıb. Hücumçunun ayağının sınması ilə bağlı məlumatlar isə həqiqəti əks etdirmir. Həkimlər Nurlan Novruzovun təxminən 2-3 həftəyə fərdi məşqlərə başlaya biləcəyini deyib. 

Xəbər xətti