Messi növbəti rekorda imza atır

19:00 - 7 Sentyabr 2015

Futbolçu daha 9 qol vurmalıdır
 
Argentina və Boliviya arasındakı yoхluma oyununda (7:0) dubl edən Lionel Messi daha bir rekorda yaхınlaşır.
 
Sportal.az хəbər verir ki, "Barselona"nın ulduzu milli komandanın ən yaхşı bombardiri olmağa yaхındı. Belə ki, Argentina yığmasının heyətində 104-cü oyununa çıхan Messi qol sayını 48-ə çatdırıb. Hazırda yığmada ən çoх qol vurmuş 2-ci oyunçu olan ulduz futbolçu daha 9 dəfə fərqlənəcəyi halda rekordu ələ keçirəcək. 
 
Qeyd edək ki, Argentina yığmasının ən məhsuldar oyunçusu Qabriel Batistutadı. Avropada "Fiorentina", "Roma", "İnter" kimi klubların formasını geyinmiş veteran hücumçu 1991-2002-ci illərdə yığmada 78 oyun keçirərək 56 qola imza atıb.

Xəbər xətti