"Neftçi"nin sabiq kapitanı yeni komandasında debüt etdi

00:16 - 8 Sentyabr 2015

Flavinyo üçün 25 dəqiqə
 
Braziliya A seriyasında XXIII turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, sözügedən tur çərçivəsində "Neftçi”dən ayrılan futbolçu Flavinyonun şərəfini qoruduğu "Şapekoense”  doğma meydanında "Ponta Preta” ilə qarşılaşıb. Oyun 0-0 hesablı bərabərliklə başa çatıb. "Neftçi”dən ayrıldıqdan sonra "Şapekoense”yə   keçən Flavinyo yeni klubunda debüt edib. O, ilk oyununda 65-ci dəqiqədə meydana daxil olaraq, sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, XXIII turdan sonra, aktivində 29 xal olanFlavinyonun komandası, 20 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti