Platini millimizin oyununu izləmək üçün Bakıya gələcək

12:44 - 8 Sentyabr 2015

AFFA-nın dəvəti ilə...

 

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

 

Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Xəbər xətti