"Azərbaycanla oyundan və nəticədən razıyam"

00:21 - 9 Sentyabr 2015

Almaniyanın baş məşqçisi millimiz üzərində qələbədən danışdı
 
Almaniyanın U-21 millisinin baş məşqçisi Horst Hrubes  "Avro-2017"nin seçmə mərhələsində millimizə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, o, qarşılaşma haqda bunları deyib:
 
“Bu gün meydana çıxan futbolçularımızın əksəriyyəti cəmi ikinci dəfə idi ki, birgə çıxış edirdilər. Düşünürəm ki, öyrənməli olduqları çox şey var. Bununla belə, oyundan və nəticədən razıyam”.

Xəbər xətti