"Xəzər Lənkəran" yeni transferlərini niyə sifariş etmir?

13:50 - 9 Sentyabr 2015

"Hazırda FİFA-dan məktub gözləyirik"
 
Yay transfer pəncərəsi rəsmən bağlandığına görə artıq "Xəzər Lənkəran" sərbəst azad agent statusu daşıyan futbolçularla rəsmi müqaviləyə bağlaya bilər. Lakin hələik heç bir futbolçunun adı PFL-ə sifariş edilməyib.
 
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bu məsələyə belə münasibət bildirib:
 
"Hazırda bunun üzərində çalışırıq. FİFA-dan razılıq məktubu gözləyirik, məktub gələndən sonra artıq yeni transferləri sifariş edəcəyik. Çalışırıq ki, "Qarabağ"la matça kimi bu məsələni həll edək".

Xəbər xətti