Yeni oturacaqlar qoyulur
“Kəpəz” PFK-nın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda plastik oturacaqların qoyulmasına başlanılıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, arenaya mərhələli surətdə oturacaqların quraşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, yarıməsrlik tarixə malik şəhər stadionu vaxtilə ölkənin ikinci ən böyük arenası olub. Sovet dövründə tribunalara qoyulmuş taxta oturacaqlar sıradan çıxdığından 1998-ci ildə bir hissəsi plastik oturacaqlarla əvəzlənib. İstismar müddətini 17 ildən sonra başa vuraraq yararsız hala düşən oturacaqlar bu yaxınlarda sektorlardan sökülüb və hazırda yerinə yeniləri bərkidilir.
saytlarin hazirlanmasi