Güləşçimiz 1/8 finaldadır
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, 55 kq çəkisində sərbəst güləşçimiz ilk görüşündə 1/32 finalda Sayetbek Abbasovu 7:2 hesabı ilə məğlub edərək 1/16 finalda erməni güləşçi Devid Seferyanla üz-üzə gəlib. Bu görüşdə Əsgərov ermənistanlı gülşəçiyə heç bir şans verməyərək 8:2 hesabı ilə qalib gələrək adını 1/8 finalçılar siyahısına yazdırıb.
Qeyd edək ki, Əsgərov yarımfinala qədər yüksələ bilsə, 2016-cı ildə keçiriləcək Yay Olimpiya oyunlarına vəsiqəni təmin etmiş olacaq.
saytlarin hazirlanmasi