Vüqar Əsgərov yenə qol vurdu

01:49 - 11 Sentyabr 2015

Komandası məğlub oldu
 
Latviya 1-ci liqasında 21-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Saldus" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşün 52-ci dəqiqəsində komandasının yeganə qolunu vurub.

Xəbər xətti