5-ci tura yekun vuruldu
Polo üzrə milli komandamız Avropa çempionatının finalında Almaniya seçməsi ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, bu gün “Elit atçılıq və Polo klubu”nda Polo üzrə Avropa çempionatının 1-ci mərhələsində sonuncu, 5-ci tura yekun vurulub. Açılış oyununda Almaniya komandası, İsveçrə seçməsini 6-3 hesabı ilə məğlub edərək Avropa çempionatının finalında oynamaq hüququ qazanıb. Ardınca meydana Azərbaycan və İspaniya komandaları çıxıblar. Görüş millimizin 9-3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə seçməmiz Qitə birinciliyinin ilk mərhələsində 100 faizlik nəticə ilə yadda qalıb.
5-ci tura İtaliya İrlandiya oyunu ilə yekun vurulub. Qarşılaşmada Apennin təmsilçisi 5-3 hesabı ilə qələbə qazanıb. Beləliklə də sabah saat 19:30 da başlayacaq Avropa çempionatının finalında Azərbaycan və Almaniya komandaları üz üzə gələcəklər. Buna qədər isə 5-ci və 3-cü yerlər uğurnda görüşlər keçiriləcək. Saat 17:30 da İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:30 da isə İspaniya və İrlandiya komanadalrı 3-cü yerin sahibini müəyyən edəcəklər.
saytlarin hazirlanmasi