Təmsilçilərimizdən 3 qələbə, 3 heç-heçə
Bu gün Bakıda şahmat üzrə dünya kubokunun ilk mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.
Azərbaycan yarışda 6 şahmatçı ilə təmsil olunur.Təmsilçilərimizdən üçü qələbə qazandığı halda, üçü də heç-heçə edib.
Teymur Rəcəbov (Azərbaycan) - Samuel Sevyan (ABŞ) ½ - ½
Qədir Hüseynov (Azərbaycan) - Maksim Matlakov (Rusiya)1:0
Eltac Səfərli (Azərbaycan) - Çaba Baloq (Macarıstan) ½ - ½
Li Quanq Liem (Vyetnam) - Vasif Durarbəyli (Azərbaycan) ½ - ½
Rauf Məmmədov (Azərbaycan) - Yevgeni Nayer (Rusiya) 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pouya İdani (İran) 1:0
saytlarin hazirlanmasi