Klub rəhbərliyi "Əlincə"ni unutmadı VİDEO

02:23 - 12 Sentyabr 2015

İcraçı direktor təlim-məşq toplanışında
 
"Əlincə"nin U-16 komandası Şabran rayonundakı təlim-məşq bazamızda məşqlərini davam etdirir.
 
Sportal.az xəbər verir ki, dünən klubun icraçı direktoru Ceyhun Abbasov futbolçuları ziyarət edib. Abbasov ilk öncə klubun prezidenti Elşad Kəlbəliyev və fəxri prezident  Hacı Məhərrəm Novruzovun salamlarını futbolçulara çatdırıb. İcraçı direktor komandadakı vəziyyətlə maraqlanıb və klub rəhbərliyinin yeni mövsümdə onlardan yüksək nəticələr gözlədiyini, gələcəkdə də onlar üçün lazımi şəraitin yaradılacağını bildirib.
 
Daha sonra klubun baş məşqçisi Vasif Haqverdiyev yaradılan şəraitə görə klub rəhbərliyinə öz təşəkkürünü bildirib və komandasının yeni mövsümdə bu diqqətə layiqincə cavab verməli olduğunu deyib.

Xəbər xətti