"Faktlarla bütün məsələləri təqdim edəcəyik"
"FİFA-dan bizə məktub ötən gün iş gününün sonuna yaxın daxil oldu. Ali futbol qrumundan daxil olan məktubda əsas məqsəd klubumuzu zəiflətməkdir”.
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran”ın hüquqşünası Ramil Cahangirov söyləyib.
Kluba qoyulan transfer qadağası ilə bağlı keçirilən mətbaut konfransında danışan hüquqşünas sözlərinə belə davam edib:
"Klubumuz son olaraq İdaman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti hazırlayıb. Bu, sadəcə, adi şikayət olamayacaq. Bu məktubun əsas məqsədi bizim əleyhimizə olan qərarlara görə öz mövqeyimizi bildirməkdir. Biz öz faktlarımızı ortaya qoyacağıq. Biz yeni reqlamentə görə cəzalandığımız üçün faktları ortaya qoyacağıq. Faktlarla bütün məsələləri təqdim edəcəyik”.
saytlarin hazirlanmasi