PAOK "Qəbələ" ilə matç öncəsi "Veriya" səfərində

14:24 - 12 Sentyabr 2015

Təmsilçimizin rəqibi növbəti oyununa çıxır
 
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK bu gün Yunanıstan superliqasında növbəti matçına çıxacaq.
 
Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
 
Qeyd edək ki, PAOK geridə qalan 2 turdan sonra 1 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 
 
Xatırladaq ki, PAOK Avroliqanın qrup mərhələsində ilk matçını sentyabrın 17-də Bakıda "Qəbələ"yə qarşı keçirəcək.

Xəbər xətti