Şahin Diniyev: "Etiraf edim ki, bu gün nəticə üçün oynadıq"

18:42 - 12 Sentyabr 2015

"Oyunçularım səhv etməkdən qorxurdular"
 
Bu gün Premyer Liqada 4-cü turun ilk matçında "Kəpəz" AZAL- ı 1:0 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.
 
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev qələbəyə belə şərh verib:
 
"Oyun gərgin alındı. Bundan öncəki 3 görüşdə  yüksək səviiyyəli, hücumameyilli futbol oynasaq da, nəticə qazana bilməmişdik. Bunun gərginliyi vardı.  Stadiona gələn azarkeşlər bizdən qələbə gözləyirdilər. Futbolçular üzərlərində böyük yük hiss edirdilər. Oyunçularım səhv etməkdən qorxurdular. Amma buna baxmayaraq, qələbə qazandıq. Etiraf edim ki, bu gün nəticə üçün oynadıq. Qazanılan  qələbə ümid edirəm ki, növbəti oyunda da işimizə yarayacaq. Azarkeşlər, jurnalistlər kimi mən də hücumçudan qol gözləyirəm. Məncə, zaman keçdikcə Aleksandr  öz üzərinə düşən işi həyata keçirəcək. Hazırda yaxşı oyunçu tapmaq çətindir. Amma qışda bunun üçün imkanımız olacaq. Turnir cədvəlindəki yerimizə uyğun olaraq, transferlər edəcəyik".

Xəbər xətti