Nazarov oynadı, komandası darmadağın oldu

20:20 - 12 Sentyabr 2015

Millimizin üzvü üçün 36 dəqiqə
 
Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir.

Sportal.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Union Berlin"i qəbul edib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan millimizin üzvü 54-cü dəqiqədə meydana çıхıb.
 
Qeyd edək ki, "Karlsruher" 6 turdan sonra 6 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti